Mobil versiya
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin qiymətləndirməsi müəssisələr tərəfindən aparılacaq
Tarix: 5-09-2019, 13:30 | Saat: 15:47:00
Bölmə:Təhsil | çapa göndər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin qiymətləndirməsi müəssisələr tərəfindən aparılacaq


Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin nəzdində yaradılan Məşvərət Şurasının əsasnaməsi təsdiq edilib.

Təhsil Nazirliyindən aia.az-a verilən məlumata görə, Məşvərət Şurası Qəbələ Peşə Təhsil Mərkəzi ilə regionda fəaliyyət göstərən özəl sektor arasında əməkdaşlığı gücləndirmək məqsədilə yaradılıb.

Şura ilk mərhələdə tədris planlarının razılaşdırılması, kurikulumlara baxılması və təkmilləşdirilməsi, tələbələrin qiymətləndirməsinin müəssisələr tərəfindən aparılması, karyera mərkəzinin, məktəbdə müəssisə guşələrinin yaradılması kimi fəaliyyətləri həyata keçirəcək.

Qeyd edək ki, Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi (PTT) pilotlarının yaradılması (ED VET) layihəsi Avropa İttifaqı və Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) tərəfindən maliyyələşir.

Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında yerləşən 3 pilot peşə məktəbində Almaniyanın duala bənzər PTT yanaşmasının tətbiqi ilə kənd təsərrüfatı və turizm sahələrində peşə təhsili və təliminin cəlbediciliyini artırmaq, əmək bazarına uyğunluğunu təmin etməkdir.

aia.az



572 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-09-2019
20-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30