Mobil versiya
Slovakiya Azərbaycanda səfirliyin açılması üzrə işləri başa çatdırır - Nazir
Tarix: 04-09-2019 | Saat: 10:35
Bölmə:Siyasət | çapa göndər

Slovakiya Azərbaycanda səfirliyin açılması üzrə işləri başa çatdırır -


Slovakiya Azərbaycanda səfirliyin açılması üzrə işləri başa çatdırır.

Bunu Trend-ə Slovakiyanın xarici işlər naziri Miroslav Layçak deyib.

M.Layçak bildirib ki, səfirliyin açılması işgüzar ictimaiyyətlərimiz üçün imkanlar yaratmağa və ticarət əməkdaşlığının möhkəmlənməsi üçün biznes missiyalar təşkil etməyə imkan verəcək.

Nazir qeyd edib ki, Slovakiya Azərbaycanla əməkdaşlığını möhkəmlənməsində maraqlıdır:

“İstənilən iki ölkə arasında yaxşı iqtisadi münasibətlərin əsası yaxşı siyasi münasibətlərdir və mən şadam ki, bizim dostluq münasibətlərimiz bütün sahələrdə, o cümlədən biznes sahəsində əməkdaşlıq üçün möhkəm əsas yaradır”.

İqtisadi münasibətlər barədə danışan M.Layçak vurğulayıb ki, münasibətlərin indiki səviyyəsi mövcud potensialı əks etdirmir və bu vəziyyətin dəyişməsi hər iki tərəfdən asılıdır:

“Son ticarət göstəricilərinə əsasən demək olar ki, dövriyyə həcmi stabildir. Slovakiya şirkətləri istehsal, nəqliyyat infrastrukturunun modernləşməsi, avtomobilqayırma, tibb avadanlıqları istehsalı, enerji səmərəli layihələrin icrası sahələrində kifayət qədər təcrübəyə malikdir. Amma qarşılıqlı ticarətin inkişafı üçün vacib şərt investisiya və iqtisadiyyat sahələrində saziş bazasının möhkəmləndirilməsidir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024