Mobil versiya
İcra Hakimiyyətindən Bakıdakı sahibkarlara çağırış: Obyektinizin qarşısını yaşıllaşdırın
Tarix: 04-09-2019 | Saat: 10:18
Bölmə:Manşet / Gündəm | çapa göndər

İcra Hakimiyyətindən Bakıdakı sahibkarlara çağırış:


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) sahibkarlara, müəssisə və təşkilat rəhbərlərinə istifadələrində olan obyektlərin qarşısında yerləşən ərazilərdə mövcud yaşıllıqların günün tələbləri səviyyəsinə çatdırılmasını, yeni yaşıl guşələrin yaradılmasını və saxlanılmasını tövsiyə edir.

İcra Hakimiyyətinin məlumatına görə, bu praktika dünyanın bir çox ölkələrində var.

Yaşıl guşələrin yaradılması və qorunması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı müvafiq sərəncam imzalayıb.

BŞİH-dən bildirilib ki, yaşıllaşdırma sahəsində uğurlar əldə etmiş şəhərlərin təcrübəsində sahibkarlar, idarə və müəssisə rəhbərləri tərəfindən ticarət və digər qeyri-yaşayış obyektlərinin qarşısında yaşıl guşələrin yaradılması və saxlanılması praktikası mövcüddur:

"Paytaxtın yaşıllıq səviyyəsinin keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması məqsədilə həyata keçirilən bu tədbirlər paytaxtın estetik görünüşünün yaxşılaşdırılmasına və keyfiyyətcə yeni səviyyəyə çıxmasına təkan verəcək. Şəhərimizdə obyektlərin qarşısındakı yaşıl guşələr heç də hər yerdə günün tələblərinə cavab vermir".

Qeyd edilib ki, sözügedən sərəncam yaşıllaşdırılması dövlət vəsaiti hesabına həyata keçirilməsi nəzədə tutulan ərazilərə şamil edilmir.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024