Mobil versiya
Azərbaycandan pul və qızıl əşyalar çıxarmaq istəyən əcnəbilər saxlanılıb
Tarix: 03-09-2019 | Saat: 12:26
Bölmə:Cəmiyyət | çapa göndər

Azərbaycandan pul və qızıl əşyalar çıxarmaq istəyən əcnəbilər saxlanılıb


Gömrükçülər külli miqdarda xarici valyuta və zərgərlik məmulatının ölkənin gömrük sərhədindən düzgün bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən aia.az-a verilən məlumata görə, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin "Beynəlxalq Dəniz Ticarət Limanı" gömrük postunda Türkmənistan Respublikasına getmək istəyən bu ölkənin vətəndaşları saxlanılıb və hərəkətləri şübhə doğurduğu üçün onlarla fərdi şəkildə sorğu-sual aparılıb.

Nəticədə, həmin vətəndaşların birindən 30 000 ABŞ dolları, digərindən isə ümumi çəkisi 288,38 qram təşkil edən qızıl-zinət əşyaları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024