Mobil versiya
Nazir müavini: Subsidiyaların yeni qaydalarla verilməsi şəffaflığı təmin etmək üçün ciddi mexanizmdir
Tarix: 02-09-2019 | Saat: 16:29
Bölmə:Ölkə | çapa göndər

Nazir müavini:


2020-ci ildən fermerlərə subsidiyaların yeni qaydalarla verilməsi şəffaflığı təmin etmək üçün çox ciddi mexanizmdir.

Trend-in məlumatına görə, bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

Onun sözlərinə görə, hər bir fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində əkəcəyi məhsul barədə bəyan etməlidir.

Bütün göstəricilər sistemdə öz əksini tapdıqdan sonra fermerə plastik kart verilir. Subsidiyaların verilməsində əsas icraçı orqan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyidir. Hazırda təlimçilər hazırlanır ki, fermerləri məlumatlandıraq.
Azərbaycanda subsidiya qaydalarının müəyyən edilməsi ilə bağlı Aqrar Subsidiya Şurası yaradılıb. Aqrar Subsidiya Şurası dəfələrlə müzakirə apararaq, əmsalları müəyyənləşdirib".

Xatırladaq ki, Aqrar Subsidiya Şurasının avqustun 29-da keçirilmiş iclasında, Prezident İlham Əliyevin bu il iyunun 27-də təsdiqlədiyi “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası”na əsasən qəbul edilib. Qərara əsasən, fermerlərə subsidiya verilməsi üçün müxtəlif bitki növləri üzrə əkin əmsalları müəyyən edilib. Həmin əmsallar baza məbləğinə (200 manat) vurulacaq və bu yolla əkin subdisiyalarının məbləği müəyyən ediləcək.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024