Mobil versiya
Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçiriləcək
Tarix: 2-09-2019, 15:59 | Saat: 15:47:00
Bölmə:Təhsil | çapa göndər

Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçiriləcək



Sentyabrın 4-də Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçiriləcək.

Nazirlikdən aia.az-a verilən məlumata görə, seçkilər Azərbaycan-Fransız Universitetində (Ünvan: Nizami küçəsi, 183) təşkil ediləcək.

Qeyd edək ki, İctimai Şuraya namizədliyə və seçici qismində iştirakla bağlı Təhsil Nazirliyinə (elektron qaydada və ya Vətəndaşların Qəbulu Mərkəzinə) 125-dən çox müraciət daxil olub. Həmin müraciətlər Təhsil Nazirliyinin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən təşkil olunmuş Seçki Komissiyası tərəfindən yoxlanılıb. Seçkilərdə sənədləri qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olan 44 seçici və 34 namizəd rəsmi qeydiyyata alınıb.

Seçkilərin nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Təhsil Nazirliyi yanında İctimai Şura Təhsil naziri Ceyhun Bayramovun 11 iyul 2019-cu il tarixli əmrinə əsasən yaradılır. İctimai Şura təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil etmək, təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı nazirliyə təkliflər vermək və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurum olacaq.


aia.az



592 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-09-2019
19-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30