Mobil versiya
13 mindən artıq azarkeş "Qarabağ" - "Linfild" oyununu stadiondan izləyəcək
Tarix: 29-08-2019 | Saat: 12:51
Bölmə:İdman | çapa göndər

13 mindən artıq azarkeş "Qarabağ" - "Linfild" oyununu stadiondan izləyəcək


UEFA Avropa Liqasında iştirak edən təmsilçimiz “Qarabağ” bu gün pley-off mərhələsinin cavab oyunları çərçivəsində Şimali İrlandiyanın “Linfild” klubu ilə qarşılaşacaq.

Trend-in məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək bu günkü oyuna artıq 13 min bilet satışı olub. Bu barədə "Qarabağ" klubu öz rəsmi facebook səhifəsində bildirib.

Qeyd edək ki, saat 20:00 başlayacaq oyun CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

"Qarabağ" - "Linfild" oyununda baş hakim Sergey İvanov, baş hakimin köməkçiləri Roman Usaçov, Valeri Dançenko, dördüncü hakim Sergey Lapoçkindir. Hakimlər briqadası Rusiyadandır.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024