Mobil versiya
Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir
Tarix: 28-08-2019 | Saat: 16:52
Bölmə:Siyasət | çapa göndər

Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə avqustun 28-də Səudiyyə Ərəbistanına səfərə yola düşdü.

QMİ-dən aia.az-a verilən məlumata görə, səfər Səudiyyə Ərəbistanı tərəfinin dəvəti əsasında həyata keçirilir. Səudiyyə Ərəbistanı Kralının müşaviri d-r Səəd bin Naser Əl-Şesrinin dəvəti ilə gerçəkləşən səfər çərçivəsində QMİ sədri A. Paşazadə İslam Aləmi Liqasının Baş Katibi, Kəbənin imamı, Məscidül-Həramın işlər rəisinin müavini ilə görüşəcəkdir.

Sentyabrın 4-nə qədər davam edəcək səfərin proqramına Ümrə ziyarəti, Məkkə, Mədinə, Taif şəhərlərində bir sıra görüşlər, həmçinin, Kəbənin örtüyünün hazırlandığı fabriki Kəbə saatı muzeyini ziyarət, krallıqda həyata keçirilən bir sıra layihələrlə tanışlıq daxildir.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024