Mobil versiya
Komitə sədri Masallıda vətəndaşları qəbul edəcək
Tarix: 28-08-2019 | Saat: 10:22
Bölmə:Ölkə | çapa göndər

Komitə sədri Masallıda vətəndaşları qəbul edəcək


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev avqustun 30-da saat 10:00-da Masallı rayon Heydər Əliyev Mərkəzində (Masallı şəhəri, Qarabağ küç. 17) Masallı və Lənkəran rayonlarından olan vətəndaşları qəbul edəcək.

Komitədən aia.az-a verilən məlumata görə, həmin gün saat 10:00-da Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov Yardımlı rayon Heydər Əliyev Mərkəzində (Yardımlı şəhəri, Heydər Əliyev pr. 165), Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev isə Lerik rayon Heydər Əliyev Mərkəzində (Lerik şəhəri, Heydər Əliyev meydanı, 2) Yardımlı və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbullar zamanı yalnız Masallı, Lənkəran, Yardımlı və Lerik rayonlarının sakinlərinin və bu bölgədə məskunlaşan məcburi köçkünlərin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbullarda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Cənub Ərazi Baş Gömrük İdarəsi (əlaqə telefonu: (025) 295-02-02) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024