Mobil versiya
Moskva Dövlət Akademik Teatrı “Yevgeni Onegin”i Bakıda təqdim edəcək
Tarix: 27-08-2019 | Saat: 17:11
Bölmə:Gündəm | çapa göndər

Moskva Dövlət Akademik Teatrı “Yevgeni Onegin”i Bakıda təqdim edəcək


Sentyabrın 1-3-də Rusiyanın Y.Vaxtanqov adına Moskva Dövlət Akademik Teatrı “Yevgeni Onegin” tamaşası ilə Bakıda çıxış edəcək.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrından verilən məlumata görə, teatrda təqdim olunacaq səhnə əsərinin ideya, ədəbi kompozisiya və quruluşunun müəllifi Rimas Tuminas, səhnə quruluşçusu Adomas Yanovskis, musiqi müəllifi Fvustas Latenas, geyim rəssamı Mariya Danilova, xoreoqrafı Anjelika Xolina, musiqi rəhbəri Tatyana Ağayevadır.

Təxminən altmış nəfərlik aktyor heyətinin iştirak edəcəyi tamaşada əsas rollarda Sergey Makovetski, Lyudmila Maksakova, İrina Kupçenko, Aleksey Quskov, Viktor Dobronravov, Leonid Biçevin, Yevgeniya Kreqjde, Olqa Lerman və digər məşhur aktyorlar rol alacaq.

Xronometrajı 3 saat 30 dəqiqə olan tamaşa üç axşam ardıcıl nümayiş ediləcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024