Mobil versiya
Bakıda güclü yanğın - YENİLƏNİB
Tarix: 27-08-2019 | Saat: 12:26
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Bakıda güclü yanğın -


Bakı şəhərinin Nərimanov rayonunda boya sexində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası vasitəsi ilə söndürülüb.

Bu barədə aia.az Nazirliyə istinadən xəbər verir.
XXX

saat 12:05

Bakının Nərimanov rayonu ərazisində boya sexində yanğın hadisəsi baş verib.

Nərimanov Rayon İcra hakimiyyətindən verilən məlumata görə, hadisə rayonun Heydər Əliyev prospekti, 133c ünvanında qeydə alınıb.
Həmin ünvanda yerləşən fərdi şəxsə məxsus boya sexində qəfil yanğın hadisəsi baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları cəlb edilib. Hələlik yanğın tam söndürülməyib. İlkin məlumata görə, hələlik hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının söndürülməsi ilə bağlı tədbirlər davam etdirilir.

Bakı Nəqliyyat Agentliyi də baş verən bağlı məlumat yayıb.

Agentlikdən verilən məlumata görə, yanğınsöndürmə texnikalarının və digər operativ nəqliyyat vasitələrinin hadisə yerinə maneəsiz gəlməsi, eləcə də ərazidə sərbəst hərəkət etməsi üçün sürücülərdən zərurət olmadığı halda "Ulduz” stansiyası ilə Heydər Əliyev prospektini birləşdirən Araz küçəsindən istifadə etməmələrini xahiş edilir.(trend)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024