Mobil versiya
Ölkəmizdə hərbi tibb xidməti yüksək səviyyədə təşkil olunub
Tarix: 26-08-2019 | Saat: 11:32
Bölmə:Manşet / Səhiyyə | çapa göndər

Ölkəmizdə hərbi tibb xidməti yüksək səviyyədə təşkil olunub




Keçmiş SSRİ-nin Silahlı Qüvvələrindən təhvil alındıqdan sonra Baş Klinik Hospitalın maddi-texniki bazası, müalicə-diaqnostika imkanları, kadr potensialı dəfələrlə artmış, hospital regionun ən böyük hərbi tibb müəssisəsinə çevrilmişdir.

Bu gün Azərbaycanın hərbi qüdrətinin günü-gündən artması özünü hərbi səhiyyə sisteminin dinamik inkişafında da açıq-aydın göstərir. Məlum olduğu kimi, 1992-ci ildə Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə SSRİ Silahlı Qüvvələrindən təhvil alınmış 500 çarpayılıq çoxprofilli hospitalın bazasında Mərkəzi Hərbi Hospital yaradılmışdı. Artıq 27 ildir ki, bu möhtəşəm hərbi tibb müəssisəsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına, istefaya və ehtiyata buraxılmış zabitlərə, onların ailə üzvlərinə ixtisaslı və yüksək texnologiyaların tətbiqini nəzərdə tutan tibbi yardım göstərir. Hazırda Mərkəzi Hərbi Hospitalın, eləcə də ordumuzun bütün digər tibbi bölmə və qurumlarının fəaliyyəti mərkəzləşdirilmiş formada Müdafiə Nazirliyinin Tibb Bas İdarəsi tərəfindən son dərəcə effektiv şəkildə əlaqələndirilir və idarə olunr. Qeyd etmək lazımdır ki, bu gün ölkəmizdə hərbi tibb sahəsində əldə olunmuş böyük uğur və nailiyyətlərdə MN Tibb Bas İdarəsinin rəisi, general-mayor Natiq Əliyevin də danılmaz xidmətləri vardır.

Qısa arayış:

Natiq Əliyev 1964-cü ildə Qərbi Azərbaycanın Krasnoselo rayonunun Əmirxeyir kəndində anadan olub.
Azərbaycan Dövlət Tibb İnstitutunun və Azərbaycan Kooperasiya Universitetinin məzunudur. Karate-do idman növü üzrə 3-cü dan idman dərəcəsinə malikdir.

“Azərbaycan Respublikasında Dopinq nəzarətinin təşkilinin öyrənilməsi” elmi əsərinin müəllifidir. Əczaçılıq elmləri namizədidir. Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin və AFFA-nın İcraiyyə Komitəsinin üzvüdür. Beynəlxalq Hərbi İdman Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

1999-2012-ci illərdə Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun rəisi vəzifəsində çalışmışdır.
Hazırda Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Tibb Bas Idarəsinin rəisidir. Azərbaycan Respublikası Prezidentinin 25.06.2013-cü il tarixli Sərəncamı ilə Tibb-Xidməti General-mayor hərbi rütbəsi verilmişdir.

Vurğulamaq lazımdır ki, Natiq Əliyevin səmərəli fəaliyyəti hər zaman ölkə rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilmişdir. Belə ki, o, müxtəlif vaxtlarda “Hərbi xidmətlərə görə” medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, Beynəlxalq Hərbi İdman Şurasının Ali zabit ordeni ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2008-ci il tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülmüşdür.

Sözsüz ki, bu sahədə görülən işlər, hərbi səhiyyənin inkişafına dövlətimiz tərəfindən göstərilən qayğı və diqqət barədə bilavasitə bu proseslərin iştirakçısı olan general-mayor Natiq Əliyevin fikirləri ən dolğun və obyektiv rəy kimi qəbul olunmalıdır. Tibb Baş İdarəsinin rəisi isə öz çıxışlarında hər zaman xüsusi olaraq vurğulayır ki, Baş Klinik Hospitalın müalicə korpuslarının ən müasir avadanlıqlarla təchiz edilməsi də bu sahəyə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Bu barədə ölkə mətbuatına verdiyi müsahibələrin birində Natiq Əliyev belə demişdir: “Ümummilli lider Heydər Əliyev və Prezident, Ali Baş Komandan İlham Əliyev bu hospitalın fəaliyyətini daim diqqət mərkəzində saxlamışlar. Ulu Öndərin 1993-cü ildə burada müalicə alan hərbçilərə baş çəkməsi, dövlətimizin başçısının isə, Baş Klinik Hospitalın birinci və ikinci müalicə korpuslarının açılışında iştirakı bunun əyani sübutudur. Məhz ulu öndər Heydər Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində Azərbaycan hərbi təbabət sistemində xidmətin beynəlxalq standartlar səviyyəsində təşkilinin əsası qoyulmuşdur. “İnsanların sağlamlığı dövlət üçün prioritetdir” - deyən Prezident, Ali Baş Komandan İlham Əliyevin hərbi qulluqçulara olan qayğısı, habelə ordu quruculuğu sahəsinin müasir dünya standartlarına uyğun təşkilinə dair qəbul etdiyi mühüm qərarlar şəxsi heyətin peşəkarlıq səviyyəsini artırmış, onların sosial müdafiəsini, yaşayış və iş şəraitini yaxşılaşdırmışdır. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının hazırkı səviyyəsi, hərbi qulluqçuların sağlamlığına və onların sosial məsələlərinin həllinə Azərbaycan dövlətinin həssaslıqla yanaşdığını nümayiş etdirir.” Bu gün Baş Klinik Hospital regionun ən böyük hərbi tibb müəssisəsinə çevrilmişdir. Hospitalın birinci müalicə korpusu 2006-cı ildə, ikinci müalicə korpusu, psixiatriya və yoluxucu xəstəliklər bölmələrinin yeni binaları 2013-cü ildə istifadəyə verilmiş, çarpayı fondu 1000-ə çatdırılmışdır. Hazırda hospitalda 6 şöbə, 39 müalicə-diaqnostika bölməsi fəaliyyət göstərir. Hospitalda müasir tibbi avtomobil parkı yaradılmışdır. Bölmələr tibb heyəti ilə komplektləşdirilmiş, beynəlxalq standartlara cavab verən tibbi cihaz və avadanlıqlarla təchiz edilmişdir. 4 blokun 10 əməliyyat otağında 19 cərrahi əməliyyatı eyni zamanda aparmaq mümkündür. Ürək-damar şöbəsində, göz xəstəlikləri bölməsində quraşdırılan avadanlıqlar istənilən mürəkkəb əməliyyatın aparılmasına imkan verir. 1500 kvadrat metr sahədə, 36 otaqda yerləşən laboratoriya şöbəsində ən müasir cihazlarla genetik, mikrobioloji, immunoloji, biokimyəvi və kliniki analizlərin aparılması mümkündür. Radiologiya bölməsində flüoroqrafiya, rentgen müayinə, kompüter tomoqrafiyası, maqnit-rezonans tomoqrafiya cihazları quraşdırılmışdır. Hospitalda 8 nəfər tibb üzrə fəlsəfə doktoru, Silahlı Qüvvələrin əksər tibbi ixtisaslar üzrə baş mütəxəssisləri çalışır.

Aydındır ki, müvafiq elmi araşdırmalar və tədqiqatlar aparılmadan, hərbi tibb sahəsində əldə olunan yeni nailiyyətlərlə tanış olmadan və qabaqcıl təcrübəyə yiyələnmədən hətta ən müasir tibb avadanlıqlarının köməyi ilə də effektiv fəaliyyət göstərmək olmaz. Əminliklə demək olar ki, bu istiqamətdə də Baş Klinik Hospitalda ciddi işlər görülür. Silahlı Qüvvələrimizin inkişaf etmiş ölkələrlə ikitərəfli və çoxtərəfli hərbi əməkdaşlıq sahəsində apardığı uğurlu işlər, şübhəsiz ki, hərbi təbabətin inkişafına da öz müsbət təsirini göstərir. Onlarla hərbçi həkimimiz hər il müxtəlif xarici ölkələrdə elmi simpoziumlarda, beynəlxalq konfranslarda fəal iştirak edir, faydalı təcrübə mübadiləsi aparırlar. Son iki ildə Baş Klinik Hospitalın həkimləri Yaponiya, Fransa, İngiltərə, Türkiyə, Hollandiyada keçirilən belə tədbirlərdə iştirak ediblər. Xüsusilə qardaş Türkiyənin tibb müəssisələri ilə əlaqələr olduqca yüksək səviyyədə qurulub və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün mütəmadi olaraq tədbirlər keçirilir.

Qeyd etmək istərdik ki, məhz bu günlərdə Azərbaycan Müdafiə Nazirliyi Tibb baş idarəsinin rəisi, Əczaçılıq elmləri namizədi, general-mayor Natiq Əliyevin 55 yaşı tamam olur. Bu münasibətlə hörmətli Natiq müəllimi səmimi qəlbdən təbrik edir, ona uzun ömür, can sağlığı və Azərbaycan hərbi səhiyyəsinin adına yeni-yeni uğurlar, daha möhtəşəm elmi nailiyyətlər arzulayırıq!

aia.az
Abbas Abbasov
Elbrus Bağırov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024