Mobil versiya
Böyük bacısı olan uşaqlar daha şanslıdır
Tarix: 26-08-2019 | Saat: 10:11
Bölmə:Media | çapa göndər

Böyük bacısı olan uşaqlar daha şanslıdır

Böyük bacısı olan uşaqların danışıq bacarıqları böyük qardaşları olan uşaqlarla müqayisədə, daha yüksəkdir.

"Habertürk" xəbər verir ki, bu barədə Fransanın PSL Universitetinin apardığı araşdırmada deyilir.

Araşdırma çərçivəsində böyük bacısı, yaxud böyük qardaşı olan 1276 uşaq arasında danışıq testi keçirilib. Yaşları 2-6 arasında olan bu uşaqların dil bacarıqları üzrə inkişaf tempi 11 yaşına qədər öyrənilib.

Məlum olub ki, ailədə tək uşaq olanlar böyük qardaşı və böyük bacısı olanlara nisbətən daha yaxşı danışmaq bacarığına malikdirlər.

Böyük bacı və ya böyük qardaş amili nəzərə alınanda isə böyük bacısı olan uşaqların danışıq qabiliyyətləri daha yüksək səviyyədədir.

Bildirilir ki, ailədə tək uşaq olanlar valideynləri ilə daha çox vaxt keçirdiklərinə görə onlarda dil bacarıqları yüksək səviyyədə olur. Böyük bacıları olan uşaqların daha yaxşı danışmalarının səbəbi isə hələlik bilinmir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024