Mobil versiya
DYP isti havalarla əlaqədar sürücülərə müraciət edib
Tarix: 23-08-2019, 17:03 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

DYP isti havalarla əlaqədar sürücülərə müraciət edib


Dövlət Yol Polisi (DYP) havaların isti keçməsi ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib.

Baş Dövlət Yol Polisi İdarəsindən aia.az-a daxil olan müraciətdə deyilir:

"Avqust ayının 26-dək ölkə ərazisində havaların isti keçəcəyi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatı nəzərə alaraq DYP sürücülərdən və nəqliyyat vasitələri sahiblərindən özlərinin və sərnişinlərin təhlükəsizliyinin təmin olunması məqsədi ilə günün isti vaxtlarında fərdi nəqliyyat vasitələri ilə, xüsusilə soyuducu sistemlərlə təchiz olunmamış, istismar müddəti çox olan köhnə avtomobillərlə mümkün qədər uzaq məsafəli səfərlərə çıxmamalarını xahiş edir.

Vacib hallarda kondisionerli marşrut avtobuslarından istifadəyə üstünlük verilməsi, soyuducu sistemi olmayan fərdi minik avtomobillərindən istifadə etmək zərurəti yarandığı halda isə yalnız günün nisbətən sərin vaxtlarında istifadə edilməsi tövsiyə olunur.

Eyni zamanda sürücülərimiz yuxusuz, yorğun, əzgin halda sükan arxasına əyləşməsinlər. Bir neçə saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə də olsa avtomobili saxlayıb istirahət etmək tövsiyə olunur. Bir daha xatırladırıq ki, bunun üçün respublika əhəmiyyətli yollarda yerləşən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərlər".


aia.az



5153 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-09-2019
17-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30