Mobil versiya
Dollar yenə bahalaşdı (FOTO)
Tarix: 06-07-2015 | Saat: 13:58
Bölmə:İqtisadiyyat / Manşet / Karusel | çapa göndər


Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.

Aia.az -ın Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nəzərən ucuzlaşıb. Avropanın vahid valyutası 1,1635 AZN-dən 1,1577-ə qədər yüksəlib.

ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi isə avrodan fəqli olaraq bahalaşıb. Belə ki, 1 dollar 1,0488 AZN-dən 1.0490-a qədər artıb.

Rus rublunun məzənnəsində isə cuzi ucuzlaşma qeydə alınıb. Rubl 0,0189 AZN-dən 0.0187-ə qədər düşüb.

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.


Mərkəzi Bank

Bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilib.

Manatın məzənnəsinin korreksiyası həmçinin xarici ticarət tərəfdaşımız olan əksər ölkələrin milli valyutalarının son dövrlərdə əhəmiyyətli ucuzlaşmasının milli iqtisadiyyatın rəqabət üstünlüklərinə mənfi təsirlərini neytrallaşdırmağa yönəlib. Mərkəzi Bank müəyyən edilmiş dəhliz çərçivəsində valyuta bazarında iştirakını davam etdirir.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024