Mobil versiya
Azərbaycan yerində saydı, Qazaxıstan bir pillə irəlilədi - UEFA reytinqi
Tarix: 23-08-2019 | Saat: 11:55
Bölmə:Manşet / İdman | çapa göndər

Azərbaycan yerində saydı, Qazaxıstan bir pillə irəlilədi -


Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

aia.az sportal.az-a istinadən xəbər verir ki, səfərdə Şimali İrlandiyanın "Linfild" klubuna 2:3 hesabı ilə uduzan "Qarabağ" Azərbaycana xal qazandırmayıb.

26-cı yerdə qərarlaşan Azərbaycanın son 5 mövsümdəki xalları 17,500-dür. Qazaxıstan "Astana"nın BATE üzərində qələbəsindən (3:0) sonra xallarını 18,750-yə çatdırıb və bir pillə irəliləyib. Hazırda qazaxlar 24-cü sırada qərarlaşıb. Mövqeyini itirən Belarus isə 18,625 xalla 25-ci sırada qərarlaşıb. Azərbaycanın ən yaxın izləyicisi olan Polşanın 16,625 xalı var.

Bu mövsüm Azərbaycana "Neftçi" 1,125 reytinq xalı qazanıb. Paytaxt təmsilçisi Avropa Liqasının III təsnifat mərhələsində mübarizəni başa vurub. "Qarabağ"ın bu mövsüm qazancı 1 xaldır.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-04-2024