Mobil versiya
Dəm qazından zəhərlənənlər: Yeddi rayonda daha çox qeydə alınır
Tarix: 22-08-2019 | Saat: 13:01
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Dəm qazından zəhərlənənlər:



Cari ilin əvvəlindən bu günə kimi 80 nəfər dəm qazından zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib.

Bunu Oxu.Az-a açıqlamasında şöbənin baş həkimi Azər Maqsudov deyib.

Onun sözlərinə görə, dəm qazından zəhərlənənlər arasında ölüm hadisəsi baş verməyib:

"Amma altısı uşaq olmaqla, 14 nəfərin vəziyyəti ağır olub. Hamısı müayinədən keçirildikdən sonra onların dəm qazından zəhərlənməsi təsdiqlənib".

A.Maqsudov əlavə edib ki, şöbəyə daha çox Hacıqabul, Şirvan, Şamaxı, Tovuz, Şəmkir, Yevlax və Bərdə rayonlarından dəm qazından zəhərlənənlər gətirilib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024