Mobil versiya
"Aranızda yaraşıqlı biri varsa, getsin maşınıma, gəlirəm" VIDEO
Tarix: 28-01-2016 | Saat: 10:59
Bölmə:Dünya / Seçilənlər-3 / Aia TV / Karusel | çapa göndər


Türkiyəli müğənni Bülent Ersoy ötən gün "CNR"da təşkil edilən mebel sərgisinə qatılıb.

Aia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dekolteli libası ilə diqqət çəkən müğənni açıqlamasında "mən yatanda da səliqəli geyinirəm, bu, mənim həmişəki halımdır" deyib.

O, müğənni Sezen Aksunun səhnəni tərk etməsi ilə bağlı da danışıb. Bülent əsəbləşərək "tək qərar verməyə haqqı yoxdur, məncə, özünə gəlsin" deyib.

Müğənninin açıqlamasında ən çox diqqət çəkən məqam isə Sevgililər günü haqqında etdiyi zarafat olub:

"14 fevralda köhnə sevgililərimlə baş qatacam, amma aranızda yaraşıqlı biri varsa, yox demərəm. Heç olmasa jurnalist sevgilim olar. Elə biri varsa, getsin maşınıma, gəlirəm"

Qeyd edək ki, sərgidə Bülent Ersoydan başqa Hande Yener və Nur Yerlitaş da iştirak edib.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024