Mobil versiya
Milli Parkda yanğının söndürülməsinə FHN-in təyyarəsi cəlb edilib
Tarix: 21-08-2019, 10:11 | Saat: 15:47:00
Bölmə:Manşet / Hadisə | çapa göndər

Milli Parkda yanğının söndürülməsinə FHN-in təyyarəsi cəlb edilib


Hirkan Milli Parkında dağlıq zonada baş vermiş yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb olunub.

FHN-dən aia.az -a verilən məlumata görə, yanğının söndürülməsi məqsədilə FHN-in Aviasiya dəstəsinin iki helikopteri də dünəndən ərazidə fəaliyyətdədir.

Xatırladaq ki, avqustun 20-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında Hirkan Milli Parkının ərazisində dağlıq zonada yanğın baş verməsi barədə məlumat daxil olub.

Yanğının geniş əraziyə yayılmasının qarşısını almaq və operativ söndürülməsini təmin etmək məqsədilə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.


aia.az



555 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30