Mobil versiya
Qadını zorlamaq istəyən şəxsin boğazını kəsdilər
Tarix: 28-01-2016 | Saat: 09:58
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər


Ələkbərova saxlanılıb.

Gecə saatlarında Bakıda cinayət törədilib.
APA-nın məlumatına görə, paytaxtın Xətai rayonu ərazisində, Turşu küçəsində Fətəliyev Hökməli Ağıli oğlu naməlum şəraitdə boğaz nahiyyəsindən bıçaq xəsarəti alıb.

Yaralı yoldan keçən şəxslər tərəfindən 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Boğazı kəsilən Hökməli Fətəliyev dərhal əməliyyat olunub.

Hazırda reanimasiya şöbəsində olan zərərçəkənin vəziyyətinin ağır olduğu bildirilir.

Xətai Rayon Polis İdaərsindən verilən məlumata görə, Hökməli Fətəliyev tüfeyli həyat sürüb və yaşayış yeri yoxdur.

Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 32 yaşlı Aygün Elşad qızı Ələkbərova saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Hökməli Fətəliyev Aygünün həyat yoldaşının əmisidir. Aygün Ələkbərova ifadəsində, kirayə qaldığı evə sərxoş vəziyyətdə gələn qohumunu ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi üçün bıçaqladığını bildirib.

Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024