Mobil versiya
Daha 109 şəhidin vərəsələrinə birdəfəlik ödəmə verildi - Proqram 93 faiz icra olunub
Tarix: 20-08-2019 | Saat: 10:43
Bölmə:Manşet / Ölkə | çapa göndər

Daha 109 şəhidin vərəsələrinə birdəfəlik ödəmə verildi -




Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərmanının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki komissiya daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmənin (11 min manat)verilməsinə dair qərar qəbul edib.

Nazirlikdən verilən məlumata əsasən, birdəfəlik ödəmələr yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürüləcək.
Ümumilikdə 12 268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu günədək onlardan artıq 11 403 şəhidin 16 949 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatına dair qərar qəbul olunub.

Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 93 faiz icra olunub.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024