Mobil versiya
Pensiyaçıların dəqiq sayı açıqlanıb - Yarıdan çoxu yaşa görə alır
Tarix: 19-08-2019, 15:36 | Saat: 15:47:00
Bölmə:Manşet / Ölkə | çapa göndər

Pensiyaçıların dəqiq sayı açıqlanıb -



Bu ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artırılaraq 1854,8 milyon manata çatdırılıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, vəsaitin 97,7 faizini pensiya xərcləri təşkil edib.

2019-cu il iyulun 1-nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1291,3 min nəfər pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 13 faizini təşkil edir. Onların 58,4 faizi yaşa, 30faizi əlilliyə, 11,6 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Təyin olunan aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 6faiz artaraq 232,3 manat təşkil edib və orta aylıq əməkhaqqının 39,7 faizinə bərabər olub.

"Əmək pensiyaları haqqında"Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə2019-cu il 19 fevral tarixli qanuna əsasən, 2019-cu il 1 mart tarixindən əmək pensiyasının minimum məbləği 160 manat müəyyən olunub.


aia.az



572 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30