Mobil versiya
Qurbanlıq diri heyvan kəsimi və satışı yerlərində dezinfeksiya tədbirləri yekunlaşıb
Tarix: 16-08-2019, 15:08 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Qurbanlıq diri heyvan kəsimi və satışı yerlərində dezinfeksiya tədbirləri yekunlaşıb


Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) mütəxəssisləri tərəfindən avqustun 14-dən etibarən Qurban bayramı ilə əlaqədar paytaxt və bölgələrdə qurbanlıq heyvanların satışına və kəsiminə icazə verilmiş yerlərdə dezinfeksiya tədbirlərinə başlanılıb.

Nazirlikdən aia.az-a verilən məlumata görə, artıq bütün şəhər və rayon mərkəzlərində müvafiq qurumlar tərəfindən müəyyən edilmiş diri heyvanların satışının və kəsiminin aparıldığı yerlərdə ödənişsiz əsaslarla dezinfeksiya tədbirləri yekunlaşıb.

Ölkədə infeksion və invazion xəstəliklərin qarşısının alınması və epizootik sabitliyin qorunması məqsədi ilə aparılan profilaktik dezinfeksiya güclü DUK maşınlarla, eləcə də mexaniki və avtomatik dezinfeksiyaedici qurğulardan istifadə edilməklə həyata keçirilib.

Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən ödənişsiz əsaslarla həyata keçirilən dezinfeksiya tədbirləri həm stasionar, həm də çadır tipli heyvan kəsimi və satışı məntəqələrində aparılıb. Obyektlər dezinfeksiya tədbirlərindən sonra təsərrüfat sahiblərinin istifadəsinə verilib, bununla da heyvan kəsimi və ət satışı üçün nəzərdə tutulan ərazilərin baytarlıq-sanitariya cəhətdən yararlığı təmin olunub.

Aqrar Xidmətlər Agentliyi bəyan edir ki, hazırda ölkədə epizootik vəziyyət sabitdir və bu sabitliyin qorunub saxlanılması sahəsində lazımi tədbirlər davam etdirilir.


aia.az



573 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-09-2019
17-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30