Mobil versiya
Oxucu doğum evinin personalını müdafiə etdi
Tarix: 16-08-2019, 11:46 | Saat: 15:47:00
Bölmə:Manşet / Səhiyyə | çapa göndər

Oxucu doğum evinin personalını müdafiə etdi




“5 saylı Doğum evində baş həkim Xədicə xanımın rəhbərliyi altında yalnız yüksək ixtisaslı peşəkarlar çalışırlar...”(oxucu məktubundan)

Ümumiyyətlə bir çox cəmiyyətlərdə geniş yayılmış bir tendensiya vardır ki, mətbuatda dərc olunan materiallar nə qədər kəskin tənqidi mahiyyət daşıyarsa, bir o qədər də çox maraq doğurar və çox oxunar. Həm də bu zaman bir çox hallarda həmin materialda obyektivlik prinsiplərinin gözlənilib-gözlənilmədiyi belə bir o qədər nəzərə alınmır. Amma bəzən də olur ki, oxucu özü belə qeyri-obyektivliyi aşkar edir və elə özü də ona qarşı etirazını ifadə edir. Elə bu günlərdə redaksiyamıza daxil olmuş növbəti oxucu məktubunun müəllifi də son vaxtlar ölkə mətbuatında 5 saylı Doğum evinin fəaliyyəti barədə yayımlanan böhtan xarakterli məlumatlara etirazını bildirir.

Məsələnin mahiyyətinə aydınlıq gətirmək üçün həmin məktubu bəzi ixtisarlarla təqdim etmək qərarına gəldik. Beləliklə, məktubda deyilir:




“Hörmətli redaksiya, sizə müraciət edən paytaxt sakini Kəmalə Quliyevadır. Artıq on iki ildən artıqdır ki, ailəmlə birgə Bakının Badamdar qəsəbəsində yaşayırıq. Allah hər kəsə qismət eləsin, böyük və mehriban ailəmiz var. Bu yaxınlarda isə sonbeşiyimiz, ortancıl oğlumun ikinci övladı da dünyaya öz gəlşi ilə bizi sevindirib. Son 4-5 ildə ailəmizdə dünyaya gələn bütün körpələr kimi, o da Bayıldakı 5 saylı Doğum evində anadan olub. Allah bütün balaları saxlasın! Demək istədiyim budur ki, həmin doğum evində biz oranın baş həkimi Xədicə Əhmədovadan da, həkimlərindən də, tibb bacılarından da yalnız yaxşılıq görmüşük. Əminliklə demək olar ki, bu müəssisədə baş həkim Xədicə xanımın rəhbərliyi altında yalnız yüksək ixtisaslı peşəkarlar, öz işini bilən və sevən təcrübəli həkimlər çalışırlar. Hiss olunur ki, hər kəs öz işini bilir və sevir. Hamı öz işinə məsuliyyətlə yanaşır. Gəlinim deyir ki, bu gün də oranın işçilərindən bəziləri ilə zəngləşir, lazım olanda müəyyən məsləhətlər də alır. Aydındır ki, bu müəssisəyə xəstə yanına da daha çox ailənin qadınları gedirlər. Hamı da onlardan razılıq edir. İstər təmizlik baxımından, istər analara və uşaqlara göstərilən diqqət və qayğı baxımından, istərsə də həkim və tibb bacılarının peşəkarlığı baxımından bütün tibbi xidmət ən yüksək səviyyədə təşkil olunub. İndi deyərsiniz ki, əslində bu elə belə də olmalıdır və bu məktubu yazmağa nə lüzum var? Məsələ bundadır ki, son vaxtlar bəzi saytlarda (bizim qızlar oxuyublar) 5 saylı Doğum evi barədə ardıcıl olaraq tənqidi yazılar dərc edilir. İnanın ki, biz bunlardan çox pərişan oluruq. Şəxsən bizim fikrimiz belədir ki, bütün bu yazılanlarda zərrə qədər də olsa, həqiqət yoxdur. Yəni bütün bunlar yalnız yalan və böhtandır. Buna görə də gəldim ki, belə bir məktubla sizə müraciət edim. Evdəkilər sizin saytın çoxdan izləyicisidirlər. Deyirlər ki, oxucu məktublarına dərhal reaksiya verirsiz. İnanıram ki, mənim də məktubumu dərc edəcəksiniz. Qoy insanlar yaxşını yaxşı kimi tanısınlar. 5 saylı Doğum evinin işini belə yüksək səviyyədə təşkil etməklə oranın baş həkimi Xədicə Əhmədova həm dövlətimizin, həm də xalqın etimadını tam doğruldub. Bunu danmaq olmaz! Sizin bəzi həmkarlarınız isə, ağı qara kimi təqdim etməklə təkcə həkimlərin, tibb bacılarının deyil, həm də hələ bundan sonra həmin doğum evində dünyaya gələcək neçə-neçə körpənin haqqına bais olurlar...”




Son olaraq, bizə müraciət etmiş oxucumuzla tamamən həmfikir olduğumuzu bildirmək və demək istərdik ki, mətbuat səhifələrində hər hansı bir insan barəsində tənqidi material yerləşdirərkən, ilk növbədə bu materialın müəllifi öz “tənqid hədəfi”nin həyat və fəaliyyətini, onun əldə etdiyi uğur və nailiyyətləri bir qədər dərindən, bir qədər də qərəzsiz araşdırsın. Bəlkə bu zaman biz jurnalistlər də barəsində çox danışdığımız haqq-ədalət meyarlarını daha az pozmuş olarıq.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov



5221 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30