Mobil versiya
Gəncə-Böyük Kəsik istiqamətində yeni yoldəyişənlərin quraşdırılmasına başlanılıb
Tarix: 14-08-2019 | Saat: 17:44
Bölmə:Gündəm | çapa göndər

Gəncə-Böyük Kəsik istiqamətində yeni yoldəyişənlərin quraşdırılmasına başlanılıb


Dəmir yolunun Gəncə-Böyük Kəsik istiqamətində 156 ədəd yoldəyişən qurğunun təzələnməsinə start verilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Trend-ə verilən məlumata görə, əvvəlkilərdən fərqli olaraq dəmir-beton tir və şpallar üzərində qurulan bu yoldəyişənlər hərəkətin təhlükəsizliyinə təminat verilməsi və yollarda etibarlılığın baxımından çox əlverişlidir. Eyni zamanda quraşdırılmış yoldəyişənlər üzərindən müxtəlif istiqamətlərdən hərəkət edən qatarlar bir yoldan digərinə təhlükəsiz şəraitdə keçid edəcək.

Prosesə avqust ayının əvvəlində başlanılıb və bu günə qədər 5 ədəd yoldəyişən təzələnib. Hazırda Salahlı stansiyasında yeni qurğuların qoyuluşu həyata keçirilir.

Yoldəyişən qurğuların yenilənməsi işlərini “Azərbaycan Dəmir Yolları” QSC-nin 5 və 11 saylı İxtisaslaşmış Dəmir Yolu Müəssisələri icra edirlər.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024