Mobil versiya
Gürcüstandan Azərbaycana 4 kiloqram qızıl keçirmək istədi - Sərhəddə saxlanıldı
Tarix: 14-08-2019, 15:56 | Saat: 15:47:00
Bölmə:Hadisə | çapa göndər

Gürcüstandan Azərbaycana 4 kiloqram qızıl keçirmək istədi -


Gömrük əməkdaşları külli miqdarda qızıl bəzək əşyalarının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən aia.az-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə
etdiyi “Mercedes-Benz E240” markalı avtomobil saxlanılıb və həmin şəxs sorğu-sual olunub.

Vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və ya gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin avtomobilə gömrük baxışı zamanı minik maşınının mühərriki saxlayan hissəsində 1 ədəd bağlamada qızıl-zinət əşyaları aşkarlanıb.

Daha sonra avtomobilə baxış davam etdirilib və minik maşınının kondisionerinin iş rejimini təşkil edən hissəsində də 1 ədəd bağlamada qızıl-zinət əşyaları aşkar olunub. Eyni zamanda,
mühərrikin qapağı açılaraq orada da silindir şəklində olan əşyanın içərisində 1 ədəd bağlamada qızıl-zinət əşyalarının saxlandığı müəyyən edilib.

Beləliklə, aşkar olunan malların qızıldan hazırlanmış 101 ədəd kulonla birlikdə boyunbağı, 50 ədəd tək boyunbağı, 115 ədəd qolbaq, 489 cüt sırğa, 227 ədəd üzük, 9 ədəd sırğa-üzük dəsti, 60 ədəd üzük-sırğa-kulon dəsti, 166 ədəd kulon, 3 ədəd saat, 1 ədəd üzük-bilərzik dəsti, 10 ədəd sancaq və 1 ədəd sırğa-kulon-boyunbağı dəsti olduğu müəyyən edilib.

Bu zərgərlik məmulatının qablaşdırılması ilə birlikdə ümumi çəkisi isə 4148 qram təşkil edib.

Faktla bağlı araşdırma aparılır.

aia.az



537 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-08-2019
16-08-2019
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031