Mobil versiya
Nazir: Yeni Məşğulluq Konsepsiyası hazırlanır
Tarix: 27-01-2016, 14:46 | Saat: 15:47:00
Bölmə:İqtisadiyyat / Manşet2 / Karusel | çapa göndər

Nazir: Yeni Məşğulluq Konsepsiyası hazırlanır
“Azərbaycan prezidentinin tapşırığına əsasən”.

Azərbaycan prezidentinin tapşırığına əsasən 10 illik yeni Məşğulluq Konsepsiyası hazırlanır.

Aia.azxəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov bildirib.

“Konsepsiya layihəsinin hazırlanması üçün nazirliyin müvafiq əmri ilə aidiyyəti dövlət orqanlarının, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət İşçi qrupu yaradılıb.

İşçi qrupda ümumilikdə 21 aidiyyəti dövlət orqanı və sosial tərəfdaşlar təmsil olunur”, - deyə nazir qeyd edib.

S.Müslümovun sözlərinə görə, layihədə mövcud makroiqtisadi vəziyyətin və əmək bazarının təhlili, gələcək inkişaf perspektivləri və meylləri, qarşıda duran əsas çağırışlar və problemlər, növbəti illər üçün məşğulluq siyasətinin əsas məqsəd və vəzifələri, əmək bazarında tələb və təklif arasında tarazlığın təmin edilməsi üzrə zəruri addımlar və s. əksini tapacaq.



5440 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

16-08-2019
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031