Mobil versiya
Azərbaycana bir ayda 365 min turist gəlib
Tarix: 8-08-2019, 17:28 | Saat: 15:47:00
Bölmə:Karusel / Ölkə | çapa göndər

Azərbaycana bir ayda 365 min turist gəlib


2019-cu ilin iyul ayında Azərbaycana 365 min əcnəbi qonaq səfər edib ki, bu da 2018-ci ilin iyul ayına nisbətdə 10.6% artım deməkdir.

Dövlət Turizm Agentliyindən Azvision.az -a verilən məlumata görə, qonaqların üçdə birindən çoxunu 35%-lə Rusiyadan gələnlər təşkil edib. 2018-ci ilin eyni ayı ilə müqayisədə Rusiyadan 11 min və ya 10% çox qonaq gəlib.

İyul ayı üzrə ən böyük artım Gürcüstandan gələnlər arasında müşahidə olunub, belə ki, ötən ilin eyni ayı ilə müqayisədə 12 min və ya 26% daha çox xarici vətəndaş gəlib.
Bununla da iyul ayında Gürcüstandan gələnlərin sayı 61 min nəfər təşkil edib.

Səudiyyə Ərəbistanından səyahət edənlərin sayı 25% artaraq rekord həddə - 29 minə çatıb. Cari ilin yanvar-iyul aylarında Azərbaycanı 1.8 milyon xarici səyahətçi ziyarət edib ki, bu da 2018-ci ilin ilk yeddi ayı ilə müqayisədə 122 min və ya 7.4% çoxdur.

Ən böyük artım 76 min və ya 23% daha çox xarici qonaqla Gürcüstandan gələnlərin sayında müşahidə olunub. Mərkəzi və Cənubi Asiyadan gələn səyahətçilərdə də müvafiq olaraq 39% və 44% artım qeydə alınıb. Ən yaxşı turistik bazarlar sayılan Rusiya və Türkiyədən gələnlərin sayı 4% artıb.

aia.az



566 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

16-08-2019
15-08-2019
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031