Mobil versiya
Atatürk parkında son vəziyyət: 50 yaşlı ağaclar cavanlaşdırılır
Tarix: 8-08-2019, 17:20 | Saat: 15:47:00
Bölmə:Manşet / Ölkə | çapa göndər

Atatürk parkında son vəziyyət:


Bakıda Atatürk parkında yaşıllaşdırma işləri davam edir.

Bu barədəBakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib.
O bildirib ki, ərazidə yeni dekorativ ağaclar əkilir:

"Hazırda paytaxtın bir çox yerlərində, o cümlədən, Atatürk parkında yaşıllaşdırma işləri aparılır. Ərazidə dekorativ kol, ağac və güllər əkilir. Mövsümə uyğun olaraq park ərazisində budanmağa ehtiyacı olan ağaclar budanır.
Orada ağacların əksəriyyətinin 40-50 yaşı var. Söhbət daha çox qovaq ağaclarından gedir. Daha təhlükəli vəziyyətdə olan, irigövdəli ağacların üst hissəsində dərin budama, "cavanlaşdırma” işləri aparmışıq”.

O.Məmmədov qeyd edib ki, bəzən vətəndaşlar budama prosesini yanlış anlayır və bunu ağac kəsimi kimi qələmə verirlər. Lakin bu, heç də belədeyil:
"Budama işləri ağacların ömrünü uzadır, aşma ehtimallarını isə minimuma endirir. Ümumiyyətlə, parklar avtomobil yollarının yaxınlığında olduğundan və insanların istirahətüçün tez-tez üz tutduğu ərazi olduğundan bura mütəmadi olaraq mütəxəssislər tərəfindən baxış keçirilir”.
Şöbə rəisi vurğulayıb ki, bu gün paytaxt ərazisində salınan yaşıllıqlarda iqlim şəraiti nəzərə alınır:

"Əvvəlki illərdə parklar, yaşıllıqlar salınan zamanBakı küləyi nəzərə alınmayıb. Ağaclar var ki, hündürlüyü 20-25 metr olub,güclü külək səbəbindən üst hissəsi gövdəyə ağırlıq saldığı üçün aşıb.

Bu gün salınan parklar və yaşıllıqlar isə şəhərin estetik görünüşünü də gözəlləşdirir. Yeni salınan yaşıllıqlarda bu məqamlar nəzərə alındığı üçün bənzər ağac aşma təhlükələri də olduqca azdır”.

Xatırladaq ki, ötən ilin sonlarından paytaxtın Nərimanov rayonunda yerləşən Atatürk parkı təmirə bağlanıb, ərazidə müvəqqəti fəaliyyət göstərən obyektlər sökülüb. Parkın nə vaxt istifadəyə veriləcəyi ilə bağlı dəqiq tarix açıqlanmayıb.(oxu.az)

aia.az



585 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-08-2019
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031