Mobil versiya
Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - YENİLƏNİB
Tarix: 08-08-2019 | Saat: 10:36
Bölmə:Cəmiyyət | çapa göndər

Sumqayıt yolunda iki avtobus toqquşdu:




Sumqayıt yolunda zəncirvari qəzaya “Daewoo” və “İsuzu” markalı nəqliyyat vasitələrinin toqquşması səbəb olub.

Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a verilən məlumata görə, qəza zamanı bir neçə minik maşını da ziyan görüb:

“Daewoo” markalı, 99 LR 63 dövlət nömrə nişanlı və “İsuzu” markalı, H029237 nömrə nişanlı maşınlar toqquşub. Bir neçə minik maşını isə həmin maşınlara çırpılıb.

Hadisə yerində hazırda evakuatorlar işləyir. Yüngül xəsarət alanlar var. Əməkdaşlar çalışır ki, maşınları yoldan mümkün qədər tez çıxarsınlar, nəqliyyatın normal hərəkəti bərpa edilsin”.

09:02

Səhər saatlarında turizm şirkətlərindən birinə məxsus avtobusla sərnişin avtobusu toqquşub.

Oxu.Az xəbər verir ki, hadisə Xırdalan dairəsi adlanan ərazidə baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən saytımıza bildirilib ki, Bakı-Sumqayıt yolu qəza səbəbindən bağlanıb:

“Turizm şirkətinə məxsus avtobusla sərnişin daşıyan avtobus toqquşub. İlkin məlumata görə, turizm şirkətinə məxsus avtobusun sürücüsü idarəetməni itirərək, sərnişin avtobusuna çırpılıb.

Hadisə nəticəsində ölən olmayıb. Yüngül xəsarət alanlar var. Hazırda hadisə ilə bağlı yollarda sıxlıq müşahidə edilir. Avtobuslar yoldan çıxarılan kimi nəqliyyatın hərəkəti bərpa olunacaq. Gün ərzində Bakı-Sumqayıt magistralı da açılacaq”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024