Mobil versiya
Burada çay 15, bir şiş kabab 10, qutab 3 manata verilir - FOTO
Tarix: 06-08-2019 | Saat: 12:48
Bölmə:Karusel / Ölkə | çapa göndər

Burada çay 15, bir şiş kabab 10, qutab 3 manata verilir




Qubanın Qəçreş kəndində bir şiş kabab turistlərə 10 manata, qutab üç manata, çay isə 15 manata təqdim olunur.

Buna səbəb mövsüm zamanı turist axını və iş adamlarının bu vəziyyətdən sui-istifadəsidir.

Xarici turistlərə təkcə yeməklər deyil, digər xidmətlər də şişirdilmiş qiymətlərlə edilir.
Məsələn, beş dəqiqə at sürmək yerli turistə beş manata, xarici turistə 10 manata başa gəlir.

Turizm eksperti Həzrətqulu Əhmədov bildirir ki, mövsüm vaxtı yol kənarında fındıq satandan obyekt sahiblərinə qədər - hər kəs gələn qonağı aldadaraq pul qazanmağa çalışır. Bu obyektlərdə çox vaxt kassa qəbzi də verilmir.

Sahibkarlar isə qiymətlərin baha olmasını icarə haqları ilə əlaqələndirirlər. İddiaya görə, bir mövsüm üçün onlar tutduqları əraziyə 5-20 min manat arası pul ödəyir ki, bu da qiymətlərə təsir edir.(oxu.az)





aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024