Mobil versiya
Bakıda avtobusla minik maşını toqquşdu: 1 ölü, 2 yaralı
Tarix: 02-08-2019 | Saat: 15:01
Bölmə:Cəmiyyət | çapa göndər

Bakıda avtobusla minik maşını toqquşdu:


Sabunçu rayonu, Rüstəmov küçəsi-86 ünvanında avtobusla minik maşını toqquşub.

Axar.az xəbər verir ki, hadisə nəticəsində 2 nəfər yaralanıb, 1 nəfər ölüb.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov yaralıların 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirildiyini və vəziyyətlərinin orta-ağır olduğunu bildirib.

Bakı Nəqliyyat Agentliyi (BNA) də baş vermiş qəza ilə bağlı məlumat paylaşıb.

Bildirilib ki, Bakıxanov qəsəbəsi istiqamətində hərəkət edən “Opel” markalı minik avtomobili digər nəqliyyat vasitəsinə dəyərək, əks istiqamətdə gələn nəqliyyat vasitələrinin yoluna çıxıb:

“Bir qədər əvvəl R.Rüstəmov küçəsində zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Bakıxanov qəsəbəsi istiqamətində hərəkət edən “Opel” markalı minik avtomobili digər nəqliyyat vasitəsinə dəyərək, əks istiqamətdə gələn nəqliyyat vasitələrinin yoluna çıxıb. Belə ki, Qara Qarayev prospekti istiqamətində hərəkət edən 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkətdə olan 99 XJ 582 nömrəli avtobusa dəyib. Sərnişinlər arasında xəsarət alan yoxdur. Hazırda qəza ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən də araşdırma aparılır”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024