Mobil versiya
Naxçıvan gömrüyündə saxlanılan mallar orduya verildi
Tarix: 31-07-2019 | Saat: 11:25
Bölmə:Karusel / Gündəm | çapa göndər

Naxçıvan gömrüyündə saxlanılan mallar orduya verildi


Gömrük qanunvericiliyinin tələblərinin pozulması ilə gətirilməsinə cəhd göstərilən malların aidiyyəti qurumlara təhvil verilməsi və gömrük anbarlarında qalan yararsız malların məhv edilməsi həyata keçirilib.

Azvision.az -ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Əlahiddə Ümumqoşun Ordunun və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının nümayəndələrindən ibarət birgə komissiya gömrük orqanları tərəfindən saxlanılmış mallara baxış keçirib.

Gömrük qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı mübarizə tədbirləri çərçivəsində saxlanılmış ümumi çəkisi 588 kiloqram olan yuyucu və təmizləyici vasitələr, 162 cüt corab, 65 litr zeytun yağı, 44 ədəd avtomobil şini, 28 kiloqram bint, 5 ədəd alışqan qazı aktlaşdırılaraq Əlahiddə Ümumqoşun Orduya təhvil verilib. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına təhvil verilən mallar 392 kiloqram yuyucu və təmizləyici vasitələrdən, 45 litr zeytun yağından, 4 ədəd qazla işləyən suqızdırıcıdan, 1 dəst mebel və 10 adda müxtəlif əşyalardan ibarət olub. 207 ədəd patron, 16 ədəd elektroşok, 8 ədəd ov bıçağı, 6 ədəd gözyaşardıcı qaz, 4 ədəd dəyənək, 1700 ədəd TİR patronu Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə, 1888 ədəd müxtəlif dərman preparatları, 10 qutu tibbi ləvazimat aidiyyəti üzrə təhvil verilib.

Gömrük orqanları tərəfindən istehlakçıların hüquqlarının, əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə saxlanılan mallar isə yandırma üsulu ilə məhv edilib. 457 kiloqram xəmir mayası, 95 kiloqram biskvit, 52 kiloqram turşu, 34 kiloqram uşaq oyuncağı, 29 kiloqram uşaq yeməyi, 24 kiloqram şokolad kremi, 8 ədəd texniki spirt, 6 ədəd saç boyası keyfiyyət standartlarına cavab vermədiyindən, 247 ədəd aksiz markası və 9 kiloqram tara saxta olduğundan, 1811 ədəd pirotexniki vasitə idxalına xüsusi icazə olmadığından yandırılıb. Muxtar respublika gömrük orqanları tərəfindən gömrük qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı mübarizə bundan sonra da davam etdiriləcək, qanunvericilik çərçivəsində müvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024