Mobil versiya
Zurabişvilidən Keşikçidağ açıqlaması: İmkan verilməlidir
Tarix: 30-07-2019 | Saat: 18:35
Bölmə:Karusel / Siyasət | çapa göndər

Zurabişvilidən Keşikçidağ açıqlaması:


Gürcüstan Prezidenti Salome Zurabişvili hesab edir ki, Gürcüstan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası üzrə birgə komissiyada rahat şəraitdə işləmək imkanı olmalıdır.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan prezidentinin mətbuat katibi Xatiya Moisçrapişvili brifinq zamanı danışıb.

“İnkişaf və bizim götürdüyümüz kurs üçün Gürcüstana müəyyən edilmiş sərhədlərin lazım olması məsələsi ilə hər kəs razıdır. Buna görə də Gürcüstan prezidenti hesab edir ki, komissiyaya işləmək imkanı verilməlidir. Sözsüz ki, heç kimin bunun bu gün və ya sabah baş verəcəyi ilə bağlı illüziyaları yoxdur. Lakin bizim istədiyimiz nəticəyə nail olmaq üçün komissiyanın dinc və səmərəli mühitdə işləmək imkanı olmalıdır”, - mətbuat katibi bildirib.

Xatırladaq ki, sözügedən komissiya 23-24 may tarixlərində 8 ildən sonra Bakıda fəaliyyətini bərpa etmişdi


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024