Mobil versiya
Mehriban Əliyevadan Bakıda sökülən bina ilə bağlı - TAPŞIRIQ
Tarix: 30-07-2019, 10:09 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

Mehriban Əliyevadan Bakıda sökülən bina ilə bağlı

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Yasamal rayonu, Mirzəağa Əliyev küçəsi, 150 ünvanında yerləşən, 1890-cı ildə tikilmiş qəzalı binanın sökülməsi ilə bağlı məsələni nəzarətə götürüb.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov məlumat verib.

"Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən bu binada köçürmə işlərinin tez bir zamanda həyata keçirilməsi, vətəndaşlaarın hüquqlarının pozulmasına yol verilməməsi və onlara müvafiq köməkliklərin göstərilməsi ilə bağlı tapşırıqlar verilib, məsələ nəzarətə götürülüb”.
İ.Kərimov bildirib ki, buradakı köçürülmə dövlət əhəmiyyətli tədbirlərlə bağlı köçürülmə deyil, binanın istismara yararsız, qəzalı vəziyyətdə olması ilə bağlıdır və vətəndaşlara ödəniləcək vəsait kompensasiya deyil, maddi yardım kimi qiymətləndirilməlidir.

Bundan başqa, İ.Kərimovun açıqlamasına görə, Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vtse-prezidenti Mehriban Əliyevanın məsələyə dair tapşırıqları ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, eləcə də Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov qəzalı binada olub, burada yaşayan sakinlər və məskunlaşmış məcburi köçkünlərlə görüşərək onların problemləri ilə yaxından tanış olub.
Xatırladaq ki, ölkə başçısı İlham Əliyevin tapşırıqları və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı şəhərinin rayonlarında kəskin qəzalı vəziyyətdə olan, bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması mümkün olmayan binalarda yaşayan sakinlərin köçürülməsi istiqamətində işlər davam etdirilir.(oxu.az)


aia.az



553 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30