Mobil versiya
"Yeni Həyat İqtisadi İnkişaf" İctimai Birliyi Lənkəranda tədbir keçirdi
Tarix: 29-07-2019 | Saat: 16:51
Bölmə:Ölkə | çapa göndər

"Yeni Həyat İqtisadi İnkişaf" İctimai Birliyi Lənkəranda tədbir keçirdi


"Yeni Həyat İqtisadi İnkişaf" İctimai Birliyi Azərbaycan Respublikasının prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "Çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı barədə fermerlərin məlumatlandırılması " layihəsi çərçivəsində Lənkəran rayonunda tədbir keçirib.Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə çıxış edən layihə rəhbəri Ədil Ədilzadə tədbir iştirakçılarına layihə barəsində məlumat verib. Bildirib ki, həyata keçirilən layihənin məqsədi"Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın yerlərdə təbliğində ictimai rolun artırılmasından ibarətdir.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 12-də "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb. Bu proqramın həyata keçirilməsi respublikamızda çayçılığın ənənələrinin qorunaraq inkişaf etdirilməsinə, regionların aqrar sənaye potensialının artırılmasına, rəqabətin yaranmasına, daxili tələbatın ödənilməsinə, idxaldan asılılığın azaldılmasına, çay emalı məhsullarının ixracının və çayçılıqla bağlı digər sahələrin inkişafına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərəcək.

Təşkilat sədri onu da qeyd edib ki, Bu yöndə həyata keçirilən işlərdə sistemli yanaşma ortaya qoymaqdan ibarətdir.

Tədbirdə çıxış edən fermerlər uzləşdikləri problemləri dilə gətirib. 5 Saylı Çay Fabrikinin nümayəndəsi satış probleminin olduğunu, 5 ton çayı sata bilmədiklərini qeyd edib. Digər çıxış edənlər isə çayçılıq təsərrüfatı üçün yetərli torpaq sahələrinin olmaması və melorasiya və su problemlərini qabardıblar.

Tədbirin sonunda iştirakçılara layihə çərçivəsində çap olunmuş "Azərbaycanda çayçılığın inkişafı" kitabçası hədiyyə verilib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə