Mobil versiya
Azərbaycan ABŞ-a mebel ixrac edir
Tarix: 25-07-2019 | Saat: 17:49
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycan ABŞ-a mebel ixrac edir

Balaxanı Sənaye Parkının rezidenti Amerika Birləşmiş Ştatlarına məhsul ixracına başlayıb. İlkin olaraq ABŞ-a ildə 3 min mebel dəsti ixrac olunacaq.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən aia.az -a verilən məlum ata görə, sahibkar Fərman İslamlı məlumat verib ki, ABŞ-a məhsul ixracına başlayan və süngər tullantılarının təkrar emalı və mebel istehsalı ilə məşğul olan “Foriella” MMC Balaxanı Sənaye Parkının rezidentidir və 2017-ci ilin sentyabr ayından fəaliyyət göstərir. Rezident tərəfindən Sənaye Parkında istehsal sahəsinin yaradılmasına 4 milyon manata yaxın investisiya yatırılıb.

"Rezidentə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kredit verilib. İstehsalın Almaniya, Türkiyə və İtaliya texnologiyaları əsasında təşkil edildiyi müəssisədə 170-ə yaxın daimi iş təmin olunub.

Müəssisənin məhsulları yerli bazarda satılmaqla yanaşı, Gürcüstan, Ukrayna və Qazaxıstana ixrac olunur və artıq ABŞ-a da məhsul ixracına başlanıb".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024