Mobil versiya
“O əsgərlərimizə bir əmr lazımdır ki, torpaqları işğaldan azad etsinlər...”
Tarix: 25-07-2019 | Saat: 15:20
Bölmə:Manşet / Siyasət | çapa göndər

“O əsgərlərimizə bir əmr lazımdır ki, torpaqları işğaldan azad etsinlər...”


Xəbər verdiyimiz kimi dünya ölkələri ordularının yeni reytinqi müəyyənləşib. Məlumata görə “Global Firepauer” təşkilatı 2019-cu ilin ən güclü ordularının siyahısını açıqlayıb. Azərbaycan ordusu siyahıda ötən illə müqayisədə bir pillə irəliləyərək 137 ölkə arasında 52-ci yerə yüksəlib. Azərbaycanın əksinə olaraq isə Ermənistan reytinq cədvəlində 12 pillə geriləyərək 96-cı yerdə qərarlaşıb.

Məsələyə münasibət bildirən millət vəkili Aqil Abbas Moderator.az-a açıqlamasında dünən Lələ təpədə əsgərlərimizə baş çəkdiyini deyərək hərbçilərimizin şücaətindən danışdı:

“Mən dünən Lələ təpədə oldum. Bizim Müdafiə nazirimiz general-polkovnik, cənab Zakir Həsənov və Füzuli rayon icra başçısı Alı Alıyevlə birlikdə ordaydıq. Əsgərlərimizlə oturub əsgər yeməyi yedim. Yeni bir kazarmanın açılışı idi. Əsgərlərimizlə yediyim yeməyin dadı damağımdan ketmədi. Ordan Ağcabədiyə gəldim və böyük bir stol açmışdılar, amma dedim ki, əsgər yeməyi yediyim üçün toxam, yemirəm. Azərbaycan ordusunda qüdrət də, vətənpərvərlik də öz yerindədir. Orda əsgərlərimizlə söhbət də etdik. Dörd saatımı əsgərlərimizlə keçirdim. O əsgərlərimizə bir əmr lazımdır ki, torpaqları işğaldan azad etsinlər. Cənab nazir elə çıxış elədi ki, ürəyim atlandı. Bizim ordumuz hələ çox irəli gedəcək. Biz hələ sirlərimizi açmırıq, onları açsaq, on pillə də irəli gedər. Bu gün ordumuzda əsgərlərə elə bir yemək verirlər ki, bunu Yessentukidə sanatoriyada vermirlər. Bununla yanaşı, onların döyüş bacarığı da çox yüksəkdir”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024