Mobil versiya
Əbülfəs Qarayev Qırğızıstan nümayəndə heyətini qəbul edib
Tarix: 24-07-2019 | Saat: 14:55
Bölmə:Gündəm | çapa göndər

Əbülfəs Qarayev Qırğızıstan nümayəndə heyətini qəbul edib


Bu gün Mədəniyyət naziri Əbülfəs Qarayev Qırğızıstan Milli Yazıçılar Birliyinin sədri Nurlan Kalıbekovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, nazir Azərbaycanla Qırğızıstan arasındakı mədəni əlaqələrdən söz açıb.

Ə. Qarayev bildirib ki, dövlətin dəstəyi ilə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrinin əsərləri ölkəmizdə və xaricdə nəşr olunaraq təbliğ edilir.
Nazir qeyd edib ki, Azərbaycanda təşkil edilən beynəlxalq kitab sərgiləri, xarici yazıçıların əsərlərinin tərcüməsi, eləcə də TÜRKSOY-la birgə bu istiqamətdə həyata keçirilən layihələr türkdilli xalqların ümumi ədəbi inkişafına töhfələr verir.

N. Kalıbekov təmsil etdiyi qurumla Azərbaycan Yazıçılar Birliyi arasında əlaqələrin inkişafından danışaraq deyib ki, yaxın günlərdə iki yaradıcı ittifaq arasında memorandumun imzalanması nəzərdə tutulub.

O bildirib ki, iyulun 22-də Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycan-qırğız ədəbi əlaqələri dünən, bu gün və sabah” mövzusunda dəyirmi masa təşkil edilib və tədbirdə "Gənc qırğız şeiri antologiyası” təqdim olunub.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024