Mobil versiya
Abid Şərifovun maşınının üstünə çıxan jurnalist işdən çıxarıldı
Tarix: 23-07-2019, 17:32 | Saat: 15:47:00
Bölmə:Hadisə | çapa göndər

Abid Şərifovun maşınının üstünə çıxan jurnalist işdən çıxarıldı


Dünən Baş nazirin sabiq müavini Abid Şərifovun avtomobilinin qarşını kəsən və maşınının üzərinə çıxan jurnalist Nurlan Libre işdən çıxarılıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı “Kanal13”ün rəhbəri Anar Orucov məlumat verib.

O bildirib ki, bu hərəkətinə görə jurnalistə xəbərdarlıq olunub:

“Xəbərdarlığımızı qəbul etməməsi və etirazlarını davam etdirməsi səbəbindən həmkarımızla yollarımızı ayırmaq qərarı verdik. Nurlan Libre məni və “Kanal13”ü utandıracaq hərəkət etdi”.

Qeyd edək ki, dünən bir qrup jurnalist Abid Şərifova sual ünvanlasa da, Baş nazirin sabiq müavini bunları cavablandırmaqdan imtina edib və avtomobilinə əyləşib. Bu zaman Nurlan Libre avtomobilin qarşısını kəsib və A.Şərifovun avtomobilinin üzərinə çıxıb.


aia.az



560 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-08-2019
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031