Mobil versiya
Baş nazirin müavini Əli Əhmədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri ilə görüşüb
Tarix: 23-07-2019, 17:14 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

Baş nazirin müavini Əli Əhmədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri ilə görüşüb


Bu gün Azərbaycan Baş nazirinin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov partiyanın qərargahında Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Taonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend-in məlumatına görə, görüşdə çıxış edən Ə.Əhmədov bildirib ki, nümayəndə heyətinin Azərbaycana səfəri ikitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımından yüksək əhəmiyyət kəsb edir.

Baş nazirin müavini qeyd edib ki, iki ölkə arasında strateji əlaqələr mövcuddur: "Azərbaycan və Çin arasında əlaqələr yüksək səviyyədədir. Bu əlaqələr müxtəlif sahələri əhatə edir. İnanıram ki, bu əlaqələr daha da inkişaf edəcək".

Ə.Əhmədov bildirib ki, Azərbaycanla Çinin qarşılıqlı fəaliyyətinin mühüm aspektlərindən birini bu ölkələrin hakim partiyaları arasında formalaşan dialoq təşkil edir.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Tao Ə.Əhmədova səmimi qəbula görə təşəkkürünü bildirib.

S.Tao deyib ki, Çinlə Azərbaycan arasında yüksək səviyyəli əməkdaşlıq münasibətləri mövcuddur:

"Azərbaycanın əldə etdiyi uğurlara görə sevinirik, sosial-iqtisadi inkişafı yüksək dəyərləndiririk. Çin və Azərbaycan arasında dostluq, qarşılıqlı hörmətə söykənən münasibətlərin daha da inkişaf edəcəyinə əminəm".


aia.az



553 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

16-08-2019
15-08-2019
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031