Mobil versiya
Millət vəkili: Azərbaycan istənilən mötəbər yarışa və tədbirə ev sahibliyi etməyə qadirdir
Tarix: 23-07-2019, 14:48 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

Millət vəkili:


Hələ 2003-cü ildə Bakıda, Heydər Əliyev adına İdman-konsert Kompleksində təşkil olunan cüdoçuların Avropa çempionatına qitənin 30 ölkəsindən 300-dək cüdoçu qatılanda heç kim təsəvvür edə bilməzdi ki, Azərbaycan bundan sonra da onlarla dünya səviyyəli beynəlxalq turnirə ev sahibliyi edəcək. Daha sonra Bakıda 2004-cü ildə bədii gimnastika üzrə Dünya Kuboku, 2005-ci ildə bədii gimnastika üzrə 27-ci Dünya Çempionatı, bir qədər sonra Birinci Avropa Oyunları, "Formula 1" yarışları, çoxmillətli, multi-idman turniri olan İslam Həmrəyliyi Oyunları, UEFA Avropa Liqasının final oyunu və digər mötəbər tədbirlər uğurla keçirildi. Bu gün isə Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalının yüksək səviyyədə keçirilməsi bir daha onu sübut edir ki, ölkəmiz günü-gündən inkişaf edir və istənilən mötəbər yarışları, tədbirləri keçirməyə qadirdir.

Bu fikirləri Trend-ə Milli Məclisin deputatı, Azərbaycan Üzgüçülük Federasiyasının Prezidenti Xanlar Fətiyev deyib.

X.Fətiyevin sözlərinə görə, artıq inkişaf etmiş ölkələr Azərbaycanda yaradılmış ictimai-siyasi sabitliyə, şəraitə inanır və etibar edir: "Dövlət başçısı İlham Əliyevin idmana göstərdiyi xüsusi diqqət və qayğı ölkəmizin beynəlxalq imicinə də çox müsbət təsir edir. Əlbəttə, günü-gündən inkişaf edən iqtisadiyyatımız, müasirləşən şəhər və rayonlarımız, yaradılan yeni infrastruktur, yenidən qurulan idman qurğuları və komplekslər beynəlxalq aləmdə Azərbaycanın reytinqinin yüksəlməsinə gətirib çıxarıb. İndi ölkəmiz böyük tədbirlərin keçirilməsinə ev sahibliyi etmək üçün bir çox inkişaf etmiş ölkələrlə bərabərhüquqlu mübarizə aparır və bir çox hallarda qalib gəlir. Bu, Azərbaycanın inkişafının göstəricisidir".

Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında keçirilən "Bakı-2019" - XV Avropa Gənclər Yay Olimpiya Festivalının təşkilinin də çox yüksək səviyyədə olduğunu bildirən millət vəkili bu turnirdə iştirak etmək üçün Azərbaycanın paytaxtına 3600-dən çox idmançı və texniki nümayəndə heyətinin gəldiyini, festival zamanı 12 idman obyektində təxminən 3500 könüllünün fəaliyyət göstərdiyini xüsusi vurğulayıb. Qeyd edib ki, bu cür böyük turnirlərin təşkilində ölkəmizin yetərincə təcrübəsi var. Bu sahədə çalışan strukturların əməkdaşları da artıq peşəkarlaşıblar.



561 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
9-12-2017, 13:00 Cəbhədə silahlar susmur



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

16-08-2019
15-08-2019
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031