Mobil versiya
“Fitoterapevtlər Mətbuatın Dostudur” adlı tədbir keçirilib
Tarix: 23-07-2019 | Saat: 12:38
Bölmə:Təhsil | çapa göndər

“Fitoterapevtlər Mətbuatın Dostudur” adlı tədbir keçirilib


22 iyul Beynəlxalq Mətbuat Mərkəzində, Azərbaycan Fitoterapevtlər İctimai Birliyi təşkilatçılığı və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının dəstəyi ilə, “Fitoterapevtlər Mətbuatın Dostudur” adlı tədbir keçirilib.

Tədbirin Açılışını Nərgiz klinikasının başhəkimi və direktoru Məlahət Qəhrəmanova etdi.

M.Qəhrəmanova Həsən bəy Zərdabinin sadəcə mətbuatda deyil, tibb sahəsində də töhfələrinin olduğunu bildirdi. Televizİya və mətbuat işçilərinin dostu olduğunu bildirən Qəhrəmanova gələn hər kəsə təşəkkürlərini bildirdi.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva öz çıxışında, tədbirin vətəndaş birliyinə gözəl nümunə olduğunu bildirdi. Ulu öndər Heydər Əliyevin zamanından başlayaraq bugündə ölkə başçısnın jurnalistikaya verdiyi dəyər və dəstəklər göz qabağındadır deyərək sözlərinə davam etdi. S. Babayeva “Əkinçi” qəzetinin və “İşıq” jurnalının keçmişin ən gözəl mətbuat inciləri olduğunu bildirdi. Son olaraq medianın hər zaman həyatımızda,işimizdə önəmli bir rola sahib olduğunu bildirən S. Babayeva gələn hər kəsə təşəkkür etdiyini bildirdi.

Daha sonra digər spikerlər də öz çıxışlarında Həsən bəy Zərdabinin fəaliyyətlərin, İslam aləminin ilk torpaqşünas alimi olduğundan, həm tibb həm də mətbuat sahəsində qazandığı uğurlardan bəhs etdilər.

Son olaraq tədbirə gələn mətbuat işçilərinə bayram münasibətilə hədiyyələr verildi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024