Mobil versiya
Camaat nə hayda, icra başçısı hansı kefdə?-FOTO
Tarix: 24-01-2016 | Saat: 14:51
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər

Camaat nə hayda, icra başçısı hansı kefdə?-FOTO
Qəzənfər Ağayevin «Kontinental» kimi bahalı marketdən bazarlıq etməsi astaralılara sayğısızlıq kimi qəbul edilir

Neftin qiymətdən düşməsindən sonra manatın devalivasiyası ölkədə bahalaşmanın əsasını qoyub. JAM.AZ xəbər verir ki, bəzi möhtəkir və monopolistlərin bunu fürsət bildib qiymətləri artırması isə ciddi narazılıqla müşahidə olunmaqdadır.

Artıq ölkənin hər yerində aksiyaların keçirildiyi, bahalaşmaya etirazların edildiyi xəbərləri gəlir. Qısa müddət ərzində Füzuli, Siyəzən, Quba, Lənkəran, Ağcabədi, Ağsu və digər rayonlarda etiraz aksiyaları keçirilib və prosesin davam edəcəyi gözlənilir. Etiraz aksiyası keçirilmiş rayonlardan biri də Astaradır. JAM.AZ xəbər verir ki, rayonun Şahağac kəndində bir qrup insan qiymətlərin artmasına etiraz ediblər.

Düzdür, rayonun İcra Hakimiyyəti bu prosesə başqa don geyindirməyə çalışıb. Onların yaydıqları rəsmi açıqlamada iddia olunurdu ki, kənd camaatının küçələrə çıxmasına səbəb bir neçə nəfərin onları aldatması olub. Belə ki, həmin şəxslər kənd camaatın etibarından sui-istifadə edərək, bankdan kredit götürüb və geri qaytarmayıb. Hazırda bank da pulu həmin şəxslərdən tələb etdiyi üçün narazılıq yaranıb.

Aydın məsələdir ki, bu Astara İcra Hakimiyyətinin gəldiyi «qənaətdir». Reallıq odur ki, rayonda bahalaşma əleyhinə heç bir tədbir görülmür və icra başçısı ümumiyyətlə, insanların bununla bağlı etirazlarına məhəl qoymur.

JAM.AZ bildirir ki, Astaranın icra başçısı Qəzənfər Ağayev həqiqətən də insanların hansı durumda olduğunun fərqində deyil. Daha doğrusu, baş verənlərə əhəmiyyət belə vermir. Bunu əyani sübutlarından biri kimi, onun nümayişkəranə şəkildə Bakının mərkəzindəki ən bahalı marketdən alver etməsidir.

Oxucularımızdan birinin JAM.AZ-a göndərdiyi foto və məlumatda bildirilir ki, Qəzənfər Ağayev dünən Bakıda olub və dövlət nömrə nişanı 44 BX 444 olan, özünün bahalı «Opel İnsigma» markalı maşını ilə «Kontinental» marketdən bapzarlıq edib. Qeyd edək ki, «Kontinental» marketilər şəbəkəsi ölkənin ən bahalı ticarət mərkəzlərindən sayılır və oradan bazarlıq etmək heç də hər bir vətəndaşa nəsib olan deyil. İndiki həssas məqamda icra başçısının nümayişkəranə şəkildə bu marketdən bazarlıq etməsi isə onun dünyayi-aləmi vecinə almaması anlamına, habelə Astara camaatına sayğısızlıqdan başqa bir şey deyil.

Qarşı tərəfi də dinləməyə hazırıq.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024