Mobil versiya
Quba – sosial-iqtisadi inkişaf getdikcə sürətlənir
Tarix: 19-07-2019, 17:35 | Saat: 15:47:00
Bölmə:Manşet / Ölkə | çapa göndər

Quba – sosial-iqtisadi inkişaf getdikcə sürətlənir



Rayonun rəhbərliyi tərəfindən dövlət tapşırıqlarının icrası ən yüksək səviyyədə təmin edilib

Etiraf etmək lazımdır ki, bu gün Quba rayonunda gedən dinamik inkişaf, həyata keçirilən irimiqyaslı sosial layihələr, insanların yaşam səviyyəsinin günü-gündən artması həqiqətən də bir çox digər bölgələr üçün örnək ola bilər. Bütün bunlar isə, əlbəttə ki, ilk növbədə dövlət tərəfindən regionlarımızın inkişafı üçün xüsusi olaraq tərtib olunan və uğurla həyata keçirilən uzunmüddətli inkişaf proqramlarının reallaşdırılması və eyni zamanda da bu layihələrin məhz yüksək səmərəliliklə icrasını təmin edən yerli hakimiyyət orqanlarının səyləri nəticəsində əldə olunur.

Rayon rəhbərliyi dövlət tapşırıqlarının effektiv icrasını təmin edib




Məlum olduğu kimi, 2017-ci ilin dekabr ayından Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə Ziyəddin Əliyev təyin edilib. Rayon ictimaiyyətinin böyük əksəriyyətinin ümumi rəyinə görə məhz bu təyinatdan sonra regionlarımızın iqtisadi inkişafının təmin olunması məqsədilə hazırlanmış müvafiq dövlət proqramlarının dəqiq icrası, dövlət başçımızın qarşıya qoyduğu vəzifələrin dürüst yerinə yetirilməsi xüsusunda işlər daha yüksək dinamika əldə edib. Ümumiyyətlə Quba rayonunda son bir il yarım ərzində gedən proseslərə nəzər salsaq, həqiqətən də rayon rəhbərliyinin bu müddətdə kifayət qədər effektiv fəaliyyət göstərdiyinin şahidi ola bilərik. Əlbbəttə ki, bu səmərəliliyin ən güclü stimulu kimi də 2018-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Quba şəhərinə etdikləri tarixi səfəri qeyd etmək lazımdır. Həmçinin vurğulamaq lazımdır ki, məhz elə bu səfər çərçivəsində də Ölkə Prezidenti və birinci xanım Qubada bir sıra yüksək əhəmiyyətli obyektlərin açılışında iştirak etmişdilər.

Qida sənayesinin inkişafı xüsusi diqqət mərkəzindədir



Ötən il Qubada qida sənayesi sahəsi üzrə fəaliyyət göstərən bir neçə əhəmiyyətli istehsal müəssisəsinin açılışı olub. Bunlardan “Qubaekoaqrar” MMC-nin kənd təsərrüfatı mallarının istehsalı zavodu sutkada 4 ton fındıq və 2 ton quru meyvə istehsalı gücünə malikdir. Müəssisədə meyvələrin qurudulması, fındığın qovrulması və qablaşdırılması, alma çipsi istehsalı xətləri quraşdırılıb. İstehsal olunan məhsulların daxili bazarla yanaşı, həm də xarici bazarlara, xüsusilə Rusiya və ərəb ölkələrinə ixracı nəzərdə tutulur. Həmçinin Quba və ətraf rayonlarda yetişdirilən meyvələr bu zavodda emal olunaraq xarici bazarlara çıxarılacaq ki, bu da regionun ixrac potensialının artırılmasına səbəb olacaq.



Bundan başqa 2018-ci ildə Qubada “ABAD Factory” İstehsalat Kompleksinin açılışı olub. Kompleksdə bir dəfəyə 140 kiloqram quru meyvə, istehsal gücü saatda 110 kiloqram olan qənnadı məmulatı və 1200 banka olan kompot, gündəlik min litr süd və 600 kiloqram ət məhsulları istehsal edən 5 sahə fəaliyyət göstərəcək. Kompleksin hər istehsal sahəsində növbəlilik prinsipi əsasında 30 nəfərdən ibarət iki “ABAD”çı (Ailə Biznesinə Asan Dəstək) ailə çalışacaq.

Sosial inkişaf sürətlənir

Əlbəttə ki, iqtisadi inkişafın nəticələri ilk növbədə öz təzahürünü vətəndaşların rifah səviyyələrinin yüksəlişində, sosial-məişət problemlərinin həllində, insanlarımızın həyat tərzinin yaxşılaşmasında və müasirləşməsində tapmalıdır. Əminliklə demək olar ki, bu gün Qubada məhz bu istiqamətdə də xeyli işlər görülüb. O cümlədən Quba şəhərində salınan Gənclər Parkı yerli sakinlərin asudə vaxtlarının səmərəli və hər kəsin öz zövqünə görə keçirmələri baxımından ən münasib və sevimli məkanlardan birinə çevrilmişdir. Ərazisi 0,66 hektar olan və inşasına 2018-ci ilin fevralında başlanılmış bu istirahət məkanı 4 hissədən ibarətdir. Burada yaşlı insanlar üçün hissə, idman zonası, gənclər və uşaqlar üçün guşələr yaradılıb. Bundan başqa, Gənclər Parkında 300 kvadratmetr sahəsi olan 2 mərtəbəli restoran da inşa edilib. Parkda söhbətgahlar quraşdırılıb, uşaqların vaxtlarını səmərəli keçirmələri üçün attraksionlar qoyulub, geniş yaşıllıq zonaları salınıb, müxtəlif dekorativ ağac və gül kolları əkilib, işıqlandırma sistemi yaradılıb. Bir sözlə, bu parkda Quba sakinləri və qonaqların istirahəti üçün hərtərəfli şərait var.



Həmçinin ötən il Ölkə Prezidenti və birinci xanımın iştirakı ilə Quba şəhərində açılışı olmuş önəmli müəssisələrdən biri də 100 yerlik “Günəş” körpələr evi-uşaq bağçası olub. Bu körpələr evi-uşaq bağçasının inşasına 2017-ci ildə başlanılıb və 2018-ci ilin sentyabrında tikinti işləri yüksək keyfiyyətlə başa çatdırılıb. Ümumi sahəsi 1439 kvadratmetr olan bina iki mərtəbəlidir. Yataq, yemək və istirahət otaqlarının olduğu bağçada uşaqlar üçün musiqi otağı və idman zalı yaradılıb. Burada balacaların təlim-tərbiyəsi və onların ilkin biliklərə yiyələnmələri üçün hər cür şərait var. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub.



Birmənalı olaraq demək olar ki, bu kiçik materialda sadalanan, eləcə də burada öz əksini tapmamış bir çox digər nailiyyətlər ilk növbədə Ölkə Prezidenti cənab İlham Əliyevin regionların, o cümlədən Quba rayonunun inkişafını hər zaman xüsusi diqqət mərkəzində saxlamasının, ikinci tərəfdən də rayon icra hakimiyyətinin rəhbərliyi tərəfindən, qarşıya qoyulan vəzifələrin vaxtında və dəqiq icra edilməsinin nəticəsidir. Lakin təəssüflər olsun ki, bu gün Qubada müşahidə olunan bu dinamik inkişaf, sən demə heç də hamının ürəyincə deyilmiş. Məhz bu səbəbdən də son vaxtlar bəzi qəzet və saytların səhifələrində Quba rayonunun rəhbərliyinə qarşı xoşagəlməz “informasiya hücumları”nın təşkil olnduğunu görürük. Məsələ bundadır ki, belə materialların obyektiv tənqidlə heç bir əlaqəsi olmur. Bir qayda olaraq, belə hallarda yazı müəllifi ya sadəcə olaraq kimlərinsə sifarişini yerinə yetirmək, ya da özünün hansısa şəxsi marağının təmin edilməsinə nail olmaq məqsədi güdür. Öz fəaliyyətini məhz bu istiqamətə yönəltməyə meyilli olan həmkarlarımıza tövsiyyə edərdik ki, belə neqativ möqeylərdə yer tutmasınlar. Onsuz da müasir dövrümüzdə yalan informasiya və uydurma iddialarla ictimai rəyə təsir göstərmək demək olar ki, mümkün deyil. Bu gün hər kəs əsil həqiqətləri görmək iqtidarındadır və bu həqiqətlər də Qubada yalnız sürətli sosial-iqtisadi inkişaf dövrünün yaşandığından xəbər verir.


aia.az

Abbas Abbasov
Elbrus Bağırov



5383 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-08-2019
16-08-2019
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031