Mobil versiya
Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat bu gün başa çatır
Tarix: 16-07-2019, 17:32 | Saat: 15:47:00
Bölmə:Təhsil | çapa göndər

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat bu gün başa çatır


Qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan, buraxılış (qəbul) imtahanından hər iki mərhələ üzrə topladıqları ümumi balı 50-dan az olmayan abituriyentlər keçə bilərlər.



Dövlət İmtahan Mərkəzindən Modern.az-a bildirilib ki, qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği (qeydiyyatdan keçmək istədiyi komissiyaların sayından asılı olaraq) şəxsi kabinetindəki hesabına əlavə etməlidir.



“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının (ümumi təhsil müəssisələrini bitirən) cari ildə ilk seçdiyi (qeydiyyatdan keçdiyi) komissiya üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq.



Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatbu gün başa çatır, qabiliyyət imtahanları isə 18 iyul – 4 avqust tarixlərində keçiriləcəkdir.


Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan, buraxılış (qəbul) imtahanından (hər iki mərhələ üzrə) topladıqları ümumi balı 50-dan az olmayan abituriyentlər keçə bilərlər. Fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.



Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan keçən abituriyentlər, qeydiyyatdan dərhal sonra “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə bilərlər.

aia.az



556 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-08-2019
16-08-2019
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031