Mobil versiya
“Azərikimya” Etilen-polietilen zavodundakı ölümlə bağlı məlumat YAYDI
Tarix: 16-07-2019 | Saat: 15:16
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

“Azərikimya” Etilen-polietilen zavodundakı ölümlə bağlı məlumat


İyulun 15-də saat 15:20 radələrində “Azərikimya” İB-nin modernizasiya layihəsində baş podratçı olan İtaliyanın Technip İtaly Spa şirkətinin işçisi (elektrik) 12.09.1982-ci il təvəllüdlü, Bakı şəhəri, Xətai rayonu, Elçin Əliyev küçəsi ev 4-də yaşayan Baxşiyev Ziyad Sabir oğlu Etilen-polietilen zavodunun ərazisində modernizasiya işləri aparan zaman gərginliyə düşüb.

“Azərikimya”dan Modern.az-a verilən məlumata görə, bədbəxt hadisə nəticəsində Ziyad Baxşiyevə hadisə yerində podratçı şirkətlərin növbətçi həkimləri, sonra isə “Kimyaçı” poliklinikasının təcili-tibbi yardım həkimləri tərəfindən ilkin tibbi yardım göstərilsə də, onun həyata qaytarılması mümkün olmamış və vəfat edib.

“Əsas diqqət ediləsi məqam ondan ibarətdir ki, dünyasını dəyişən şəxs (Allah rəhmət eləsin) “Azərikimya” İB-nin Etilen-polietilen zavodunun yox, podratçı şirkət olan İtaliyanın Technip İtaly Spa şirkətinin işçisidir”,-deyə “Azərikimya” bəyan edib.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024