Mobil versiya
Rezidentura imtahanının II mərhələsinin nəticələri elan olundu
Tarix: 15-07-2019, 17:50 | Saat: 15:47:00
Bölmə:Təhsil | çapa göndər

Rezidentura imtahanının II mərhələsinin nəticələri elan olundu


Dövlət İmtahan Mərkəzi iyulun 14-də 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirib.



Mərkəzdən verilən məlumata görə, imtahan nəticələri 15 iyul saat 16:53-dən etibarən Mərkəzin internet saytında yerləşdirilib.



İmtahanda iştirak etmiş hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.



Namizədlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə də öyrənə bilərlər.



İmtahanda iştirakı gözlənilən 447 namizədin hamısı imtahana gəlib. Namizədlərdən 351 nəfər müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50-dən, ümumi balı 90-dan az olmayan) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.



II mərhələ üzrə ən yüksək nəticə toplanıla biləcək maksimal 100 baldan 89 bal olub. Hər iki mərhələ üzrə ən yüksək nəticə isə toplanıla biləcək maksimal 200 baldan 173 bal olub.



Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi iyulun 16-dan 22-dək aparılacaqdır. Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən (səh. 5-7) seçib təsdiq etməlidirlər.



Nəzərinizə çatdırırıq ki, “Rezidentura” jurnalının 3-cü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri də dərc edilmişdir.



Bu nömrədə, həmçinin 2018-ci ildә rezidenturaya qәbul müsabiqәsindә klinik bazaların ixtisasları üzrә formalaşmış keçid balları, qəbul planının müqayisəli təhlili və namizədlər üçün tövsiyələr də təqdim olunmuşdur.

aia.az



559 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
25-03-2016, 12:42 Bulvarda ölüm



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-08-2019
16-08-2019
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031