Mobil versiya
Xalq Hərəkatının Qərargahına basqın edilməsi barədə xəbər yalandır - BŞBPİ
Tarix: 15-07-2019, 17:12 | Saat: 15:47:00
Bölmə:Manşet / Hadisə | çapa göndər

Xalq Hərəkatının Qərargahına basqın edilməsi barədə xəbər yalandır



“Azərbaycan Xalq Hərəkatının mərkəzi qərərgahına basqın” edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Dəqiqləşdirilmədən yayılan məlumatda iddia olunduğu kimi polis əməkdaşları tərəfindən ofisdə hər hansı axtarış aparılmayıb, ofis icarədar tərəfindən boşaldılmaqla qapadılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən aia.az -a verilən məlumata görə, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən qeyri-yaşayış sahəsinin sahibi tərəfindən mülkiyyət hüququ etibarnamə əsasında Binəqədi rayon sakini 1982-ci il təvüllüdlü Hüseyn Əliyevə verilməklə, o da əmlakı Cəbrayıl rayonu Çaxırlı kəndində qeydiyyatda olan Aslan Həmidlinın adına rəsmiləşdirməklə “ANTV.AZ” internet kanalına icarəyə verib.

"Ancaq icarəyə verilən obyektin təyinatı üzrə istifadə olunmadığı barədə məlumat alan H.Əliyev, bir qrup müxalifyönlü şəxsin ona məxsus ofisdə, icazəsiz yığıncaq keçirdiyini öyrənərək, oraya gəlib, binanın mühafizə-komendatura işçilərinin köməyi ilə onların oradan çıxmasını tələb edib.

Onların dövlət əleyhinə şüarlar səsləndirməsi qonşuluqda işləyən digər icarədarların narahatlığına səbəb olduğundan H.Əliyev ofisi icarəyə verdiyi şəxsdən geri alaraq, müqaviləni ləğv edib, qapının açarlarını onlardan alıb. Bu barədə H.Əliyev polis müraciət edib. Hazırda Yasamal RPİ 29 PŞ-də müvafiq araşdırmalar aparılır".


aia.az



566 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-08-2019
16-08-2019
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031