Mobil versiya
Yeni sosial şəbəkə sınaqdan keçirilir
Tarix: 12-07-2019, 22:44 | Saat: 15:47:00
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Yeni sosial şəbəkə sınaqdan keçirilir





"Google" şirkəti "Shoelace" adlı yeni sosial şəbəkəsinin testinə start verib.

AIA.Az technote-yə istinadən xəbər verir ki, bu sosial şəbəkə ortaq məşğuliyyətlərin yerinə yetirilməsi və ya tədbirlərə birlikdə gedilməsi üçün insanların axtarılmasında yardımçı olacaq.

Məlumata görə, "Shoelace" sosial şəbəkəsinin "iOS" və "Android" versiyası var. Lakin o, hələlik Nyu-Yorkda fəaliyyət göstərir və ondan istifadə etmək üçün xüsusi dəvətnamə almaq lazımdır.

Bu sosial şəbəkə insanları eyni maraqlara sahib digər insanlarla birləşdirməyi söz verir. Burada istifadəçi öz görüşünü yarada bilər və ya hansısa tədbirə gedəcəyi barəsində yaza bilər. Bununla yanaşı istifadəçi gedəcəyi tədbirə bu sosial şəbəkə vasitəsilə dostlarını və ya tanımadığı insanları dəvət edə bilər.
Sosial şəbəkə həmçinin istifadəçinin üstlünlük verdikləri mövzular üzrə ona tədbirləri məsləhət görəcək.

Qeyd etmək lazımdır ki, "Google" şirkəti artıq bu cür konsepsiyaya sahib "Schemer" adlı tətbiqi 2011-ci ildə istifadəyə vermişdi. Lakin 2014-cü ildə həmin layihə bağlanmışdı.



5183 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031